“YENİ SƏNAYƏ İNQİLABI OLMAQ ÜMİDİ İLƏ”

Artıq bildiyiniz kimi dünyada söz sahibi ölkələrdən biri olmaq üçün əlinizdə olan silahlar, texnikalar və s. əvvəllər olduğu kimi işə yaramır. Hər ölkənin özünə məxsus bir iqtisadi gücü var və o gücü, siyasəti vasitəsilə öz ölkəsini və hətta bir güllə belə atmadan başqa ölkələri öz ölkəsinə birləşdirə bilər, bununla da birlikdə o düşmən gördüyü iki ölkənin birini öz agentləri vasitəsilə düşmən olduğu ikinci ölkəni rahatlıqla idarə edə bilər. Biz də vaxtı ilə idarə edilmişik. Hələ də idarə edilirik amma XX əsrdə olduğu kimi yox.
Sənayə 5.0 nə olduğunu bilmək üçün birinci 1.0 versiyasının nə olduğunu bilmək lazımdır. Daha sonra isə 2.0, 3.0, 4.0 və 5.0 olaraq davam edəcəyik.

1.0 yarandığı vaxtlar XIIX əsrin başlanğıcları idi. Artıq insanlar at, eşşək, inək və sair kimi vasitələrdən istifadə etmədən kömür ilə işləyən qataq və s. kimi vasitələr ilə hərəkət etməyə başladığı an başlamışdır.

sənayə 2.0

2.0 versiyasının ilk yaradıcısı Henry Ford olmuşdur. Hazırda bizim istifadə etdiyimiz Ford avtomobil firmasının qurucusu Henry Ford. Avtomobil sifarişləri müştərinin istəyinə görə hazırlanırdı. H.Ford bir gün bir qərar aldı. İnsanların istəyinə görə xüsusi avtomobillər istehsal etmək yerinə kütləvi olaraq eyni dizayn, eyni at gücü, eyni rəng minlərcə istehsal edim. Şirkət daxilində bu qərar böyük etirazlara səbəb olmasına baxmayaraq 2.0 versiyasının ilk fundamenti atılmışdır.
Əsasən böyük şirkətlər xüsusi hazırlanmış məhsullar yox dərəcəsində hazırlayır. Bütün şirkətlər sadəcə tək 2-5 rəngdə məhsullar vəya çox az fərq ilə fərqli məhsullar alır. Misal üçün iPhone. Satışda olan istənilən Apple məhsulu olan iPhone hər-hansı bir modelinin 2-5 tip növləri var. Əslində insanlar da bunu istəyir.
Canon firması bir sərgi edir və sərgi zalına daxil olmamışdan əvvəl insanlara “Sizə Canon foto aparatı hədiyyə versələr hansı rəngdə olanı seçərsiniz?” sualını verir və cavablar isə demək olar hər tipli rəngdən istəyirlər. Gələn qonaqlar sərgi zalına daxil olduqdan sonra hərkəsə bir seçim verdilər ki, siz istədiyiniz rəngdə bir foto aparat ödənişsiz götürə bilərsiniz. 90%-dən çoxu rəng seçimi olaraq qara rəng seçmişdir. Hərkəsin gözü önündə bu edilsə idi, kütlə psixologiyası ilə seçim etmiş ola bilər deyə Canon firması hərkəsə özəl olaraq seçim etməsini tələb etmişdir və bunu heçkim görməmişdir. Məhz buna görə indiyə kimi Canon fotoaparatları standart olaraq tək rəng (qara) istifadə edilmişdir.

3.0 versiyası artıq insan oğlu kompüter dövrünə keçmiş və 1990-2000-ci il tarixlərində kompüterlər vasitəsilə fabrikləri idarə etməyə başlamışdı. Artıq yavaş-yavaş insan gücü biraz daha texniki tərəflərə keçməyə başlamışdı. Azərbaycan isə kompüter ilə fabriklərin idarə edilməsinə 2000-2005-ci illərdə başlamışdı. Bizə 10-15 il gec gəlməsinin səbəbi bizim yuxarıda qeyd etdiyim iqtisadi və siyasi problemlərimizdən qaynaqlanırdı. Bunu müxalifət olaraq qəbul etmənizi istəmərəm çünki bu və bunun kimi problemlər tək Azərbaycanda deyil bir çox ölkədə var idi. Azərbaycan hazırda 3.0 versiyadadır çünki Azərbaycan yüksək texnologiyalar istehsal etmir. Yüksək texnologiyaları bir kənara qoysaq belə orta texnologiya məhsullar istehsal edə bilmir. EasyPay, MilliÖn, eManat aparatlarının proqramlamasını belə xarici şirkət edir. Proqramlaşdırmanı biz etsək belə texnikanın detallarını belə Çindən idxal edib daha sonra detalları birləşdiririk.

4.0 versiyası insan oğlunun yavaş-yavaş keçdiyini görə bilərik. Ağıllı ev, ağıllı maşın, ağıllı telefon vasitəsilə artıq 4.0 versiyasına iri addımlar ilə gedirik. Düşünün, siz evə yaxınlaşanda istifadə etdiyiniz telefon və ya ağıllı saat vasitəsilə evinizə sizdən xəbərsiz xəbər verir və sizin ürək döyüntünüzə, nəbzinizə, hava tempuratoruna əsasən sizin evinizin istilik tempuratorunu tənzimləyir. Siz evə yaxınlaşan kimi avtomatik evin kilidi açılır və siz açardan istifadə etmirsiniz. Bütün avtomobillər internet vəya radio dalğaları vasitəsilə bir-birinə birləşib yol qəza riskini sıfır ilə bərabər edəcək. Qarşı tərəfdə maşın dayanan kimi dərhal maşınınız dayanır. Hansı ki, bunu Tesla avtomobilləri edir. Avtomobillər bir-birinə məlumat verərək tıxacda qalma riskini ən aşağı səviyyəyə endirəcək.

dyson

5.0 möhəşəm ana gəldik. İnsan oğlu o qədər özünü inkişaf etdirəcək ki, artıq insan oğluna lazım olacaq enerjini dünyadan almaq yerinə “DYSON” kürəsindən alacaq. DYSON kürəsi günəşin hər bir tərəfini günəş panelləri ilə örtərək yüksək enerji əldə etmək nəzəriyyəsinin adıdır. İnsan oğlu bu gücə çatdıqdan topladığı enerji ilə qalaktikanı daha da yaxından kəşf edib yeni sənayə mövqeləri qurmaq olacaq.

Doğum sayısının azalması və səbəbləri – Bölüm 1” adlı yeni yazımı oxumaq üçün yazıya daxil olun.

Bu mövzunu müzakirə etmək üçün aşağıda rəylər bölməsində yaza bilərsiniz.
Məqaləmi oxuduğunuz üçün təşəkkür edirəm!

Hörmətlə, Azər Məmmədli