Siz əgər iOS istifadəçisinizsə və Google-ın üçüncü tərəf klaviaturasını aktiv istifadə edən birisinizsə, sizə xoş xəbərim var. Google Translate (türcümə xidməti) yeni versiya sayəsində artıq siz Gboard (Google Klaviaturası) ilə Google Translate-ə daxil olmadan klaviatura vasitəsilə istədiyiniz sözü rahatlıqda tərcümə edə bilərsiniz.

Sözü gedən tətbiqin Azərbaycan dili də daxil olmaqla hazırda 103 dilə qədər dəstəyi mövcuddur. İstifadəçilər istədiyi dili manual olaraq seçə bilər, və ya avtomat rejimdə danışılan, yazılan sözlərə görə dil təxmin etməsini seçə bilərsiniz amma çox təəssüf ki, avtomat rejimdə səs sinxonizasiya Azərbaycan dilini dəstəkləmir.

Gboard’da tərcümə xidmətinə qoşulmaq üçün klaviaturada məsləhətlər bölməsində olan Google Translate (tərcümə) düyməsinə toxunaraq və ya klaviaturanın ortasında Google ikonuna basılı saxlayın. Bu qədər. Artıq siz tərcümə funksiyasını aktiv etmiş olacaqsınız.

Bu funksiya 2017-ci ildən indiyə kimi Android istifadəçilərində mövcud olsa da, Google bunu illər sonra IOS istifadəçilərinə təqdim etməyə başladı və bu isə IOS istifadəçilərini çox sevindirdi.

Bu mövzunu müzakirə etmək üçün aşağıda rəylər bölməsində yaza bilərsiniz.

Məqaləmi oxuduğunuz üçün təşəkkür edirəm!