4 seriyalıq bölümün ilk seriyasına xoş gəlmisiniz!

Hər ölkələrdə olduğu kimi Azərbaycanda belə hər zaman doğum sayıları dəyişgənlik baş vermişdir. Doğumların sayı ölkəmizdə siyasi, müharibə, qidalanma və sair kimi faktorlara əsasən dəyişiklik göstərir. 29 (1990-cı il) ildən indiyə kimi olan dataları analiz etdikdə bizi məyus edən faktlar ilə üz-üzə gəlirik. 1990-cı ildə 15-17 yaş aralığında olan evlilikdən dünyaya göz açan uşaqların sayı şəhərdə 117, kənddə isə 34 təşkil edir. Doğumların sayı hər il bəzi illərdə 45% artır, bəzi illərdə isə doğum sayı 100% artır və bu az yaşlı uşaqların erkən evlilikdən sağlam gələcək qurmamasına səbəb olur.

Azərbaycan höküməti 1990-cı ildən 2010-cu ilə qədər kənddə olan doğumun 34-dən 2640 uşağa, şəhərdə isə 117-dən 1463 uşağa kimi sürətlə qalxdığını gördükdən sona yeni bir qayda ilə 2011-ci ildə 18 yaş və altı evlilikləri qadağan etmiş, az yaşda doğuma görə isə evlənmiş iki gəncin ailələrinə cinayət işi açılması barədə qanun tətbiq olunmuşdur. Qanun tətbiq olunmasına baxmayaraq 2011-ci ildən yenə az yaşda ana olunurdu amma bu 2012-ci ildə 26.4% daha da azalmışdır. 2017-ci ildə artıq doğum sayı 740 nəfərə kimi düşmüşdür.
Təbii ki, doğumların sayı azalmasının tək səbəbi yeni yaranmış qanunvericilik ola bilməz çünki hərkəsin bildiyi kimi ölkəmiz istehsal etmək sahəsində özünü o qədər də inkişaf etdirə bilməmişdir. Bunun nəticəsində isə Azərbaycana xaricdən məhsulları idxal edilmişdir. Təbii olaraq ölkəmizə edilən idxal nəticəsində ölkəmizdən valyuta xaricə çıxmış olur və bunun nəticəsində isə Azərbaycan vətəndaşının aldığı məhsulları aldğı maaşa, gəlirə əsasən isə çox baha olmağa doğru gedir. Bunun nəticəsində isə xaricdən idxal edilən məhsullar 3-cü dünya ölkələrinə o qədər də keyfiyyətli mallar göndərmir. Çox təəssüf ki, Azərbaycana xaricdən idxal edən bəzi biznesmenlər məhsulun qiyməti aşağı olması üçün keyfiyyətini aşağı etdirir. Bunun nəticəsində isə insanların istehlak etdiyi məhsullar da qeyri-organik olur. Statistik datalara əsasən bunu görmək mümkündür çünki kənddə əsasən təbii məhsullar istehlak amma şəhərdə isə bu o qədər də istehlak edilir deyilə bilməz.

məhsullar

İstehlak edilən sağlıqsız məhsullar sayəsində hormonal problemlər ortaya çıxır və bunun nəticəsində isə evli cütlüklər uşaq dünyaya gətirməkdə çətinlik çəkirlər. Dünyaya hələ göz açmamış hamiləlik dönəmində olan uşaq ana bətnində ikən xəstəliklər birüzə verir və ailə övladının sağlamlığı üçün müalicələr edir. Bu müalicələr isə təxmini olaraq 1500 manatdan başlayır. Uşaq dünyaya gəldikdən sonra belə uşaqda yeni problemlər yaranmağa başlayır. Səbəbi çoxdur. Bunlardan biri valideyinlərin yeri gəldikdə uşaq olmamışdan əvvəl, yeri gəldikdə isə ana bətnində ananın isifadə etdiyi qidalar bu nəticəni ortaya qoya bilər. Ana öz övladının müalicəsi üçün istifadə etdiyi kimyəvi dərmanlar belə bir tərəfdən doğulacaq övladı müalicə edir, bir tərəfdən isə yeni problemlər yaranılmasına səbəb olur.

Bu bölüm sizə maraqlı gəldiyini düşünürsünüzsə yeni bölümdən xəbərdar olmaq üçün saytıma abunə olun.

Bu mövzunu müzakirə etmək üçün aşağıda rəylər bölməsində yaza bilərsiniz.
Məqaləmi oxuduğunuz üçün təşəkkür edirəm!

Hörmətlə, Azər Məmmədli